Hindistanın ekzotik simvolu şəhər və kəndin küçələrində çoxsaylı inəklərdir.Burada inəyin müqəəddəs heyvan olduğu hamıya məlumdur.Allah eləməsin inəyi maşınla vurasan.Bu hadisənin fəsadı çox pis ola bilər.Həyatını ömürlük həbsdə keçirə bilərsən.Belə hadisədən qaçmaq üçün yaxşı olar ki,bu heyvanlara toxunmayasan.Hindlilərə görə mal əti yemək və heyvanı öldürmək böyük günah hesab olunur.Buna baxmayaraq onlar Allah Şivaya aid olan inəklərdən başqa digərlərini işçi qüvvəsi kimi istifadə edirlər.Ölkədə ithaf edilmiş məbədlərdə yaşayan meymunlara da böyük hörmət var.Heyvanları hindlilərlə bərabər turistlər də yedirdirlər.Hərdən heyvanlar özləri yad adamlara sataşır,paltarlarını dartır və pəncələrini uzadırlar.Bu dəcəllərin mühasirəsinə düşəndə yaxşı olar ki,onlara nəsə yeməli bir şey verəsən,əks halda meymunlar dişləyə bilər.Hindistanın qüruru və gözəllik nişanəsi olan tovuzquşularını unutmaq olmaz.Səhər açılanda onlar vokal keyfiyyətlərini nümayiş etməyə başlayırlar