Çində baş verən dağıdıcı zəlzələ onun ictimai-siyasi həyatına da təsirsiz ötüşmədi..Təbii fəlakətlər üzündən uşaqlarını itirən valideynlər üçün hakimiyyət “Bir ailə-bir uşaq” demoqrafik siyasətini təxirə salmağa məcbur oldu. Bu xəbər bir çox valideynlərin hiddətinə səbəb olsa da, görülən sosial tədbirlər itkilərin yerini doldurmağa hesablanıb. Ölkədə əhali artımının qarşısını almaq üçün Çin hökuməti 1979-cu ilin axırlarından “Bir ailə-bir uşaq” siyasəti yeridirdi. Bir uşaqdan daha çoxuna malik olan ailələrə qarşı sərt tədbirlər görülməyə başlanmışdı. Bu siayətin tətbiqindən indiki dövrə qədər Çin dövlətində yaşlı əhalinin artımı da müşahidə olunmaqda idi.
Bu qərarlara əsasən bir uşağı olub onu zəlzələ nəzticəsində itirən və yaxud həmin fəlakət üzündən uşağı şikəst olan ailələrə ikinci uşağa sahib olmaq hüququna dair sertifikat verilir və bəzi güzəştlər tətbiq olunur. Hələlik bu qanunlar ilkin olaraq 1200 cütlüyə şamil olunacaq, lakin bu rəqəmin dəyişiləcəyi şübhəsizdir. Valideynlərin hiddətinə səbəb olan amil isə ən çox məktəb binalarının yararsız tikilməsi və həmin tikililərın uçması nəticəsində daha çox uşağın həyatını qurban verməsi olub.
“Bir ailə-bir uşaq” siyasətinə istsnalar əvvəllər də var idi, məsələn, ailənin yeganə uşağı öldükdə. Lakin hər hadisə fərdi olaraq nəzərdən keçirilirdi. İndi 50 yaşından yuxarı şəhər əhalisi (hansı ki, övlad sahibi olmaq şansları sıfıra bərabərdir) ömürlərinin sonunadək 600 ien civarında (60 avro) dövlət tərəfindən maddi yardım alacaq. Kənd yerlərində yaşayanlar isə bundan bir qədər çox alacaqlar. Qanunsuz olaraq ikinci övlad dünyaya gətirən, lakin bunu gizlədən ailələr indi sərbəst və qorxusuz şəkildə həmin uşağı dövlət qeydiyyatından keçirib leqallaşdıra biləcək. Daha bir qanun isə təbii fəlakət nəticəsində yetim qalmış uşaqların, uşaqlarını itirmiş ailələrə verilməsi ilə bağlıdır. Minlərlə ailə artıq bu fürsətdən istifadə edir – bu günə qədər 5498 uşaq öz yeni ailələrinə qovuşub..
|