Bu qurbağanın ilk baxışda, digərlərindən bir fərqi yoxdur, amma əslində o, böyük bir sirr daşıyır
Elmadamları Borneoadalarındayaşayanağciyərləriolmayanbirqurbağanövü kəşfetdi. Qurbağa ağciyərlərinin olmamasına baxmayaraq, nəfəs alıb-verməkdə heç bir problem yaşamır. Sinqapur Beynəlxalq Universitetindən Devid Bikfordun Borneo adalarında kəşf etdiyi qurbağa nəfəs alıb- vermə funksiyasını bütün gövdəsi vasitəsilə yerinə yetirir. Qurbağanın çox incə bir dəri quruluşuna sahib olduğu bildirildi. Elm adamları dəri vasitəsilə nəfəs alıb-verən qurbağanı əslində 30 il əvvəl kəşf etmişdi. Ancaq o zaman qurbağanın ağciyərinin olub-olmamasına fikir verməmişdilər