Bu gün üçün ən cavan planet kimi qiymətləndirilən protoplanet aşkar olunub
Apardıqları işlər haqqında aprelin 2-si Belfastda keçirilən Astrnomların Beyməlxalq Toplantısında məlumat verən astronomlar, aşkar edilmiş protoplanetin hələ formalaşma mərhələsində olduğunu bildiriblər. Alimlər istisna etmir ki, kəşf olunmuş planet 2 min ildən daha cavandır. Siyahıya alınmış "ən gənc" planet 10 milyon il bundan qabaq meydana çıxıb. Edinburq Astronomiya İnstitutundan olan bu tədqiqatın müəlliflərindən biri Ken Raysın mülahizələrinə görə, protoplanetin kəşfi, alimlərin planetlərin formalaşması haqqndakı təsəvvürlərini dəyişə bilər. Hal-hazırda geniş yayılmış teoremlərdən birinə görə, planetlər nüvədən səthə doğru formalaşır. Belə ki, planetin cismini formalaşdıran hissələr bir-bir ilə birləşərək, cismin getdikcə böyüməsinə səbəb olur.
|