1. Südə də diqqətlə baxsan ləkə görərsən. 2. Zarafat həqiqətin yarısıdır. 3. Heyvanı buynuzundan, adamı sözündən tutarlar. 4. İlanin ayağı yoxdur, yalanın - kökü. 5. Dəli də nə qədər ki, dinmir - ağıllıdır. 6. Özünü öymə, özgəni əymə. 7. Xəzəlləri külək qarşdırar, insanları söz. 8. Ölkəni düşmənindən qoru, sirrini yaltaqdan. 9. Qürbətdə sərvətdən qiymətli doğma eldir. 10. Ağıllı özünü qınayır, ağılsız özgəni. 11. Bəla gələndə varlının min qoyununa yox, kasbın bircəsinə gəlir. 12. Hirs düşməndir, ağıl dost. 13. Qurbağasız kol olmaz, nöqsansız adam. 14. Qaçağan atın təri qurumaz, ərköyünün göz yaşı. 15. İgidin yaraşığı saqqaldır, sözün yaraşağı atalar sözü. 16. Ağıl geyimdir-köhnəlməyən, bilik mədəndir-tükənməyən. 17. Dost arxada təriflər, düşmən üzdə. 18. Cavanlıq ötür - aşılmaz aşırım kimi, qocalıq gəlir-qazılmamış qəbir kimi. 19. Uşaq oynamaqdan yorulmaz, tənbəl - yatmaqdan. 20. Xəsisin özü tox olur, gözü - ac. 21. Zorla açılan gülün ətri olmaz. 22. Hamı vaxta baxır, vaxt heç kəsə baxmır. 23. Qanun varlı üçün yaranıb, cəza – kasıb üçün. 24. Qulaq - iki, ağız-bir. İki eşit, bir danış. 25. Dünya nərdivandı, biri qalxır, biri düşür. 26. Oğurluqla varlanmaq olsaydı, onda siçan hamıdan dövlətli olardı. 27. Söz ilə iş arasında dağlar, dərələr durur. 28. Qış haradan bilsin ki, kasıbın odunu yoxdur. 29. Müdirin xahişi əmirdir. 30. Heyvan kəsilməyincə yağı görünməz, insan danışmayınca - ağlı.
|