Dostun kimdir?
Dostun o adamdir ki,-onun yanına gecə 12-də də gedə bilərsən. Dostun o adamdir ki,-onunla həm aglaya,həm də susa bilərsən. Dostun o adamdir ki,-ən çətin məqamda səni dinləyə bilir. Dostun o adamdir ki,-bütün ətrafdakılar səndən üz döndərəndə o sənə sadiq qalır. Dostun o adamdir ki,-heç kim səni başa düşməyəndə o səni başa düşür. Dostun o adamdir ki,-səni bütün çatışmamazlıgınla qəbul edir,hətta bunlar onu agrıtsa belə. Dostun o adamdir ki,-sənin xoşuna gəlməsə də həmisə sənə həqiqəti deyir. Dostun o adamdir ki,-səninlə həmişə səmimidir,çünki bilir ki,onu başa düşəcəksən. Dostun o adamdir ki,-başqalarına bagışlamayacagin hərəkətləri ona bagışlayirsan. Dostun o adamdir ki,-özünə gorə səninlə dostluq etmir,ona sərf etməyəndə də səninlə dostdur. Dostun o adamdir ki,-səninçün ən qiymətli olanlarını belə əsirgəmir: vaxtını,maraqlarını,hətta həyatını.
Kim cəsarətlə, ürəklə deyə bilər: mənim belə dostum var!
|