Maraqlı bir fakt yazmaq istəyirəm ABŞ prezidentləri Linkoln və Kennedi barədə. -Avraam Linkoln 1846-cı ildə Konqresə seçilmişdi, Con Kennedi isə 1946-cı ildə; -Linkoln 1860-cı ildə, Kennedi isə 1960-cı ildəprezident seçilmişdi; -. Hər iki prezident cümə günü həyat yoldaşlarının gözləri önündə arxadan başlarına açılan atəşdən həlak olublar; -Hər ikisinin bir oğlı seçkilərə kimi, bir oğlu isə prezidentlikləri dövrində ölüblər; -. Linkoln Ford adına teatrda, Kennedi isə “Ford” firmasının istehsalı olan “Linkoln” adlı maşında sui-qəsdin qurbanı olub; -Prezidentlərin varisləri də oxşar soyadlara malik olublar və 100 il aradan keçəndən sonra eyni ildə anadan olublar(1808, 1908-ci illər); -Linkolnun şəxsi katibinin adı Kennedi, Kennedinin şəxsi katibinin adı isə Linkoln olub; -Hər iki prezidentin qatilləri də eyni ildə (100 illik fasilə ilə) anadan olmuşlar (1839,1939); -. Con But Linkolnu teatrda öldürmüş və anbarda yaxalanmışdı. Osvald isə ambardan Kennediyə atəş açmış və kino-teatrda ələ keçirilmişdi; -Hər iki prezident həlak olduqları gün iş qrafikində dəyişiklik etmək istəyiblər, ancaq köməkçiləri buna razılıq verməyiblər; -Ölümündən bir az əvvəl Linkoln Merilend ştatındakı Monro şəhərində olmuşdu. Kennedi isə ölümьndən bir az əvvəl məşhur kino ulduzu Merlin Monro ilə eşq macərası yaşamışdı; -Prezidentlərin özlərinin də, varislərinin də, qatillərinin də soyadlarındakı hərflərin sayları eynidir.