Main | Registration | Login | RSSÇerşenbe Axşamı, 03.12.2024, 08:27

WwW.TeLeBe.cLaN.sU

Tag Board
500
Our poll
HEYATDA ISTEYIM
Total of answers: 280
Statistics

Cemi Onlayn 1
Qonaqlar 1
İstifadeçiler 0
Main » 2008 » Aprel » 21 » EL IZLERI
EL IZLERI
18:16
KİMLƏRİN BARMAQ İZİ YOXDUR

*   Yeniyetmələrin barmaq izləri bir yerdə pozulmadan bir neçə gün qaldığı halda, uşaqların barmaq izləri niyə 24 saat müddətində itir?

*   Gözlə çox çətin görünən barmaq izimizlə, özümüzə və gördüyümüz işlərə aid arxada hansı işarələr qoyuruq?

*   Barmaq izlərinin təsbitində tətbiq olunan metodlar...

*   Həmişə bizimlə olan möhür: barmaq izlərimiz...

 

1993-cü ildə ABŞ-da kiçik bir qız uşağı, böyük bir ehtimalla pula görə girov götürmək üçün, evindən qaçırılıb uzaq bir yerə aparılır. Orada saxlanıldığı müddətdə qaçma planları quran uşaq, fürsət tapıb hər hansı bir zərər görmədən girovçuların əlindən qurtulur və yaxındakı bir yaşayış məntəqəsinə sığınır. Qızın tərifi ilə hadisədən bir neçə gün sonra cinayətkarlardan birini tutan polis, onun danışması nəticəsində digər cinayətləri və uşaq qaçırılarkən sürülən maşını saxlayır.

Günahkarlar məhkəmədə dosyedəki bir çatışmamazlığı hiss edib qurtulmaq üçün maşının içində qız uşağının barmaq izinin axtarışını istəyirlər. Çünki uşağın da öz ifadələrinə görə qaçırılarkən maşında bir neçə yerdən tutmuşdu. Beləliklə də uşağın barmaq izlərinin maşının müxtəlif yerlərində olmalı idi. Ədliyyə ekspertizasının dedektivləri maşını başdan ayağa araşdırmasına və cinayətkarla yoldaşlarının barmaq izlərini tapmasına baxmayaraq, qəribədir ki, uşağın barmaq izlərinə rast gəlməmişdi. Bu hadisədən sonra müqəssirlər və vəkilləri çox sevinərkən, məhkəmə tibb ekspertizası və uşağın yaxınları çox kədərlənir.

Hadisənin bundan sonrakı qismini yazının axırına saxlayaraq barmaq izi çalışmalarının necə aparıldığına və nə üçün belə bir peşmançılığın yaşandığına qayıdaq. Barmaq izi, hər şəxsin DNT proqramında yaradılışdan mövcud olub embriyonik dövrdə barmaqların ucunu örtən dərinin Əzəli Nəqqaş və Hafizi Əbədinin sonsuz elm və qüdrəti ilə işlənməsi nəticəsində meydana gətirilir. Nə üçün sonsuz elm və qüdrətdən bəhs edirik? Tək yumurta ekizlərindən başqa, heç bir insanın barmaq izinin bir-birinə bənzəməməsi, yaşayan, ölmüş və yaradılacaq bütün insanların barmaq izlərinin bilinməsi deməkdir ki, bu da ancaq Uca Yaradıcının elmi ilə mümkündür. Eyni spermdə döllənən tək bir yumurtadan yaradıldıqları və yaradılışlarında eyni DNT proqramları işlədildiyi üçün yalnız yumurta ekizlərinin barmaq izləri eynidir. Qiyamət surəsinin başındakı ayətlərdə qiyamət günü insanların yenidən dirildilməsi ilə əlaqədar “İnsan zənn edərmi ki, ölümündən sonra Biz sümüklərini toplayıb onu diriltməyəcəyik? Bəli, toplayarıq, həm də barmaq uclarına varıncaya qədər əvvəlki halda tərtib edərik!” (Qiyamət, 3-4) deyilərək, heç kimin bilmədiyi bir dövrdə barmaq izlərimizdəki incəliklərə diqqət edilməkdədir.

Buna görə barmaq izləri müxtəlif cinayətlərin açılmasında istifadə edilməkdədir. Barmaq uclarındakı dəri qabarmalarının təşkil etdiyi naxışlar, bir-birini kəsən və ya bir-birinə paralel, oval yaxud dairəvi cizgilərin hərəkətləri ilə meydana çıxarılır. Mürəkkəblə tam islanmış bir süngərə toxundurulan barmaq daha sonra bir kağıza basılarsa, barmaq ucundakı naxış mürəkkəb sayəsində kağıza keçər. Bu formada arxivlənən barmaq izləri, gələcəkdə meydana gələ biləcək şübhəli bir vəziyyətdə yeni izlərlə müqayisə edilərək dəyərləndirilir.

Bəs, toxunduğumuz əşyada barmaq izlərimiz necə qalır? Dərimizin hər tərəfinə paylanan tər bezləri, vücudumuzun hər bölgəsində müxtəlif sıxlıqdadır. Barmaq uclarımıza da bir çox tər bezi yerləşdirilmişdir. Barmağımızla hər hansı bir əşyaya toxunduqda tər bezlərinin deşiklərindən çıxan tərimiz, toxunduğumuz yerdə qalır və barmaq izi naxışımızın həmin yerə keçməsinə səbəb olur.

Məqalənin əvvəlində danışılan hadisədə, kiçik qızın barmaq izinin maşında olmamasının səbəbi nədir? Barmaq izini buraxan tərin doxsan doqquz faizi sudur. Qalan bir faizlik qismində yağ turşuları, yağ, esterlər, amin turşusu və duzlar var. Edilən təhlillərdə, yeniyetmə insanların qoyduğu barmaq izlərinin, esterlərin tərkibində uzun karbon zənciləri və ağır metallar varkən, uşaqların barmaq izində esterlənməmiş və qısa zəncirli yağ turşuları var. Uşaqların barmaq izində olan qısa zəncirli yağ turşuları daha çox uçucudur. Buna görə də yetkinlərin barmaq izləri ümumiyyətlə bir neçə gün və ya daha uzun müddət pozulmadan qalır, uşaqların barmaq izləri isə 24 saat içərisində yox olur. Bu səbəblə uşaqlarla əlaqədar hadisələrdə suçu araşdırma çalışmaları mümkün olduğu qədər tez aparılmalıdır.

Normal bir baxışda barmaq izləri görünmür. Məhkəmə tibb ekspertləri görünməyən barmaq izlərini görünən hala gətirib şəkillərini çəkə bilmək üçün bəzi metodlardan istifadə edir. Ən köhnə üsullardan biri toz pudra səpməkdir. Hidrokarbonların istilik ilə pozulmasından əldə edilən çox nazik qara karbon, barmaq izinin olduğu yerə səpilir, karbon zərrəcikləri barmağın əşya üzərində buraxdığı tərə yapışaraq izi görünən hala gətirir. Bu metodun daha da təkmilləşdirilmiş formasında isə, florans pudralar (parıldayan) istifadə edilməkdədir. Burada istifadə olunan ikinci üsul, yod üsuludur. Yod qızdırıldıqda buxarlaşır və yağların quruluşundakı karbon-karbon arasındakı cüt bağlar ilə reaksiyaya girir və qabartma formasındakı barmaq izi naxışını sarımtıl qəhvəyi rəngi bir rəngə çevirir. Tətbiq olunan üçüncü üsul isə ninhidrin üsuludur. Əvvəlki üsullar dəliksiz səthlərdə yaxşı nəticə verir, bu üsul, kağız və taxta kimi dəlikli səthlərdəki barmaq izi nümunələrində daha yaxşı nəticə verir. Bu üsulun təməli, amin turşuları ilə ninhidrin arasındakı mürəkkəb bir reaksiyadan ibarətdir. Qızdırıldıqda mühitdəki bir əsas ilə reaksiyaya girərək bənövşəyi rəngdə təsvirə çevrilir. Tərdəki amin turşuları kağız və ya taxtanın əsas maddəsi olan selluloz ilə hər hansı bir reaksiyaya girmədiyi üçün, bu texnika çox köhnə izlərin müəyyən edilməsinə də imkan verir.

Tər kimi çox vaxt xəta ilə saf bir su zənn etdiyimiz bir ünsür belə, lazım olduqda bir çox məsələnin açılmasında istifadə edilməkdədir. Gözlə çətin olan barmaq izlərimiz isə gördüyümüz işlərin izlərini məkana naxış-naxış işləyərək buralarda bizə aid işarələrin qalmasına səbəb olur. Hər an zehinlərə və mənəvi lövhələrə qoyduğumuz milyonlarla təsvirin, Kainatın Sahibinin hüzurunda nələr ifadə edəcəyini düşündükdə, kainatda heç bir şeyin boş və əbəs yaradılmadığını anlayırıq. İndi isə qayıdaq məqaləmizin əvvəlindəki uşaq qaçırılma hadisəsinə. Əgər müqəssirlərin cəzalandırılmadığını düşünürsünüzsə yanılırsınız. Uşağın barmaq izləri maşının içində tapılmamışdı, ancaq suçluların sevinci çox uzun çəkmədi. Çünki uşağın üstündəki paltardan qopan, gözlə çox çətin görünən nazik parça lifləri, maşının oturacağından aspiratorla götürüldükdən sonra mikroskopla tədqiq edildi. Aparılan müqayisə ilə hadisəyə qarışanların günahları sübuta yetirildi və təqsirkarlar bu dünyadakı cəzalarını aldılar.

Views: 1852 | Added by: GIL_BDU | Rating: 0.0/0 |
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Login form
Search
Calendar
«  Aprel 2008  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Entries archive
Site friends
  • Create your own site

  • Copyright MyCorp © 2024
    Site managed by uCoz