Main | Registration | Login | RSSBazar, 28.04.2024, 20:38

WwW.TeLeBe.cLaN.sU

Tag Board
500
Our poll
HEYATDA ISTEYIM
Total of answers: 280
Statistics

Cemi Onlayn 1
Qonaqlar 1
İstifadeçiler 0
Main » 2008 » May » 14 » QICS HAQQINDA
QICS HAQQINDA
22:06

QİÇS haqqında.

QİÇS nədir?

QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu deməkdir. İİV-ə yoluxmuş insanlarda müdafiə (immun) sistemi zəiflədiyinə görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.

Yadda Saxlayın:

• Virus daşıyıcısı tamamilə sağlam görünə bilər.
• QİÇS-ə yoluxmuş insan yoluxduğundan xəbərsiz ola bilər.
• Müasir müalicə tam sağalma vermir və xəstəlik ölüm ilə nəticələnir.


QİÇS və kişi

Kişilər arasında QİÇS-ə yoluxmalar əsasən erkən və təsadüfi cinsi əlaqələr nəticəsində baş verir.

UNUTMAYIN!

• Yoluxmamağın ən yüksək zəmanətini cinsi əlaqə zamanı istifadə olunan qoruyucular verir.
• Yoluxmadan tam zəmanəti yalnız təsadüfi cinsi əlaqələrdən çəkinmə verə bilər.
• Ailənizə sadiq olun və QİÇS-dən qorunun.


QİÇS və qadın

Statistik məlumatlar göstərirlər ki, qadınlar İİV-ə kişilərə nisbətən daha tez yoluxurlar. İİV/QİÇS hamıya aiddir və hər kəs ona yoluxa bilər. QİÇS-lə ən çox onun haqqında məlumatı olmayanlar qarşılaşırlar.

Qadınlar İİV-ə necə yoluxa bilərlər?


1. İİV-ə yoluxmuş şəxslə prezervativsiz cinsi əlaqədə olduqda.

2. İİV-ə yoluxmuş şəxsin qanı vasitəsilə:
• İİV-ə yoluxmuş qanın köçürülməsi zamanı.
• Eyni şpris və iynələrlə müxtəlif dərman və narkotiklərin yeridilməsi zamanı.
• İİV-ə yoluxmuş insanın qanı ilə təmasda olmuş tibbi alətlərdən istifadə zamanı (qadın, diş həkimlərinə və s. müraciət edərkən).
• Gözəllik salonlarında İİV-ə yoluxmuş insanın qanı ilə təmasda olmuş kəsici alətlərdən istifadə zamanı (manikür, tatuaj, qulaq deşmə və s.).

3. İİV-ə yoluxmuş qadından uşağa:
• Hamiləlik zamanı.
• Doğuş zamanı.
• Ana südü ilə qidalanma zamanı.



QİÇS-in əsas simptomları.

• Çəkinin izah olunmayan itirilməsi.
• Uzun müddətli ishal.
• Səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi.
• Boyunda və ya qoltuqaltı batıqlarda vəzilərin böyüməsi və ağrı verməsi.
• Bir aydan çox sürən öskürək.
• Uzun müddətli subfebril (37) qızdırma.

Xəstəlik zamanı virus immun hüceyrələrini dağıdaraq, insanın immun sistemini, yəni infeksiyalara müqavimətini heçə endirir. Beləliklə, insan adi bir infeksiyadan vəfat edir.

İİV haqqında.

İİV nədir?

İnsanın İmmunçatışmazlığı Virusu (İİV) QİÇS (SPİD)-in yaranmasına səbəb olan virusdur. İİV-ə yoluxmuş insanlar uzun müddət sağlam görünə bilər və bu müddətdə başqalarını da yoluxdura bilərlər.

İİV-ə yoluxmanı necə müəyyən etmək olar?

İİV-ə yoluxma şübhəniz varsa qanınızı müayinə etdirin. Onu bilmək vacibdir ki, İİV-ə yoluxmaqdan yalnız 3 ay sonra virus özünü qanda biruzə verir.

İİV hansı yollarla ötürülür?

• İİV-ə yoluxmuş şəxslə qoruyucusuz cinsi əlaqə zamanı.
• İİV-ə yoluxmuş şəxslə istifadə olunmuş şpris və iynələrdən narkotik və müxtəlif iynə şəklində olan dərmanların yeridilməsi zamanı.
• İİV-ə şəxsin qanı ilə təmasda olmuş tibbi alətlərin istifadəsi zamanı (qadın, diş və s. həkimlərin müayinəsi).
• Gözəllik salonları və bərbərxanalarda İİV-ə yoluxmuş şəxsin qanı ilə təmasda olmuş kəsici alətlərin istifadəsi zamanı (manikür, tatuaj, qulaq deşmə, üz qırxma və s.).
• İİV-ə yoluxmuş anadan uşağa hamiləlik, doğuş və ana südü ilə qidalanma zamanı.


İİV hansı yollarla ötürülmür?

• Əl-ələ görüşmə zamanı.
• Qucaqlaşma və öpüşmə zamanı.
• Öskürmə və asqırma zamanı.
• Qida məhsulları vasitəsilə.
• Qab-qacaq və ev əşyalarından istifadə zamanı.
• Ev heyvanları vasitəsilə.
• Ağcaqanadların sancması zamanı.
• Ümumi ayaqyolundan istifadə zamanı.
• Üzgüçülük hovuzları və hamamlardan istifadə zamanı.


İİV-dən necə qoruna bilərəm?

• Erkən və təsadüfi cinsi əlaqəlardən çəkinin və ya mütləq prezervativlərdən istifadə edin.
• Narkotik qəbul etməkdən imtina edin və ya yalnız birdəfəlik şpris və iynələrdən istifadə edin.
• Spirtli içkiləri qəbul etməkdən çəkinin. Sərxoş halda təsadüfi cinsi əlaqələrin baş verməsi daha çox olur.
• Diş və qadın həkimlərinə müraciət etdikdə, onların əlcək taxmasına və tibb alətlərinin sterilizə olunmasına əmin olun.
• Gözəllik salonları və bərbərxanalarda kəsici alətlərin (manikür alətləri, ülgüc və s.) dezinfeksiya olunmasına əmin olun.
• Üz qirxma zamanı birdəfəlik lezviyalardan istifadə olunmasını tələb edin.
• Həmyaşıd və yaxınlarınızla QİÇS (SPİD) haqqında danışmaqdan çəkinməyin.

QİÇS-in əsas simptomları



Çəkinin izah olunmayan itirilməsi.

Uzun müddətli ishal.

Səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi.

Boyunda və ya qoltuqaltı batıqlarda vəzilərin böyüməsi və ağrı verməsi.

Bir aydan çox sürən öskürək.

Uzun müddətli subfebril (37) qızdırma.

Xəstəlik zamanı virus immun hüceyrələrini dağıdaraq, insanın immun sistemini, yəni infeksiyalara müqavimətini heçə endirir. Beləliklə, insan adi bir infeksiyadan vəfat edir.

Gəncədə daha 3 nəfər HİV-ə yoluxdu

Bu ilin 3 ayı ərzində Gəncə şəhərində 3 nəfər HİV virusuna yoluxub ki, nəticədə onların sayı 30 nəfəri keçib. Ümumən 3 nəfər Gəncə sakini QİCS-dən dünyasını dəyişib.

Onlardan 2-si həbsxanadan çıxmış, 1-i isə Reqional Ağ Ciyər Xəstəlikləri Dispanserində vərəmdən müalicə olunan xəstələrdir. Bu barədə məlumatı Gəncə şəhər Sanitar və Epidemiologiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyeva verib. Onun sözlərinə görə, ümumilikdə Gəncədə 35 nəfər QİÇS-ə yoluxan xəstə qeydiyyatdadır. Onlarından 3-ü artıq dünyasını dəyişib. Yerdə qalanlarından 3 nəfəri ailəli, digərləri isə cavan və subaydırlar. A.Tomiyeva əlavə edib ki, Gəncədən HİV virusuna yoluxan 2 nəfər müalicə kursu keçmək üçün Bakıya göndərilib.

Qazanılmış- çünki xəstəlik virusla yoluxma nəticəsində baş verir, bu hal anadangəlmə deyil.

İmmun- çünki virus orqanizmin xəstəliklərə mübarizə aparan immun (müdafiə) sistemini zədələyir.

Çatışmazlıq- çünki immun sistemi lazımi qaydada fəaliyyət göstərmir.

Sindrom- çünki immun orqanizmin müdafiə sistemi zədələndiyindən, xəstələrdə bir sıra müxtəlif simptomlar (əlamətlər) üzrə çıxır.

QİÇS-in yeni məskəni



ABŞ-ın Kaliforniya Universitetinin alimləri Qaznılmış İmmun Çatışmazlığı Virusunun dərman preparatlarından gizləndiyi rezervuarı aşkar ediblər.Tədqiqatın rəhbəri Satiya Dandekarın fikrinə görə-virusla orqanizm arasında real mübarizə yoluxmadan dərhal sonra bağırsaqda gedir.Orqanizmin immun sistem hüceyrələrinin 70%-i bağırsağın limfa toxumalarında yerləşir.Virusun buraya d
ьşməsi selikli qişanın iltihabına və bu hüceyrələrin kütləvi məhvinə səbəb olur.Normal selikli qişa virusların məhvedici təsirinə əngəl törədir.Xroniki bağırsaq xəstəliyindən əziyyət çəkən xəstələrin bağırsağı QİÇS üçün ən əlverişli yer hesab olunur.

 

Views: 5638 | Added by: GIL_BDU | Rating: 4.5/2 |
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Login form
Search
Calendar
«  May 2008  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Entries archive
Site friends
  • Create your own site

  • Copyright MyCorp © 2024
    Site managed by uCoz